Vəd:
İki il əvvəl evlənmişdilər. Oğlan ədəbiyyatı və şeri çox sevirdi. Yazılarını və şerlərini internet səhifələrinə , qazetlərə göndərirdi. Lakin, hələki yazıları oxucular tərəfindən yetərincə sevilmirdi. Bundan əlavə oğlan çox gözəl fotografdır. Öz toy gününün şəkillərinin əksəriyyətini də özü çəkmişdir. Ədəbiyyata və şerə olan sevgisindən fotograf sənətini 1 yana atmışdır. Yoldaşını çox sevirdi və bu sevgi qarşılıqlı idi. Amma qız bir az səbirsiz və küsəyən idi. Kiçik şeylər üstündə dava salar yoldaşı ilə günlərlə danışmazdı. Oğlan daha səbirli və həmişə barışdırıcı olmağa çalışardı. Bu gün qız yenə yoldaşının sevmediyi bir işi görməsini istəyirdi.
Qız: "3 gün sonra rəfiqəmin toyudur. Məndən şəkilləri sənin çəkməyin üçün xahiş ediblər. Üstəlik artıqlaması ilə pul ödəyəcəklər."
Oğlan: "Bu günlərdə vaxtım yoxdur."
Qız: "Off.... yenə vaxtın yoxdur. Bu roman yazmaq işini bir yana qoy. Onsuzda onun üçün çox vaxtın olacaq. Istəyirəm ki, rəfiqəmin toy şəkillərini sən çəkəsən."
Oğlan: "Xeyr!"
Qız: "Nə olar ki sadəcə 1 gün."
Oğlan:"Dedim ki yox!"
Qız: "3 gün içində ya mənim təklifimi qəbul edəcəksən ya da hər şeyə son qoymalıyıq deyib otaqdan çıxdı."
Son iki gün qız yoldaşı ilə danışmır, onun suallarını cavabsız qoyur, hətta onunla 1 otaqda belə oturmurdu.
Və 3 cü qecə...............
Oğlan: "Danışmağımız lazımdır."
Qız: "Əgər toy haqqında danışacaqsansa qulaq asaram."
Oglan: "Xeyr amma çox mühüm bir söhbətdir."
Qız yenə cavab vermir.
Oğlan: "Bir qızla tanış olmuşam. Məni çox sevir. Çox xoş xasiyyəti var . İstəmədiyim şeylri mənə məcbur etdirmir. Həmdə mənim yazılarımı dəstəkləyir və bir gün məşhur 1 yazıçı olmağıma inanır."
Qız yoldaşının sözlərindən çaş- baş qalmışdır. Göz yaşlarını gizlətməyə çalışsada iki damla yaş yanağına düşdü. Oğlan əlini pijamasının döş cibinə ataraq davam etdi:"Şəkilini çəkmişəm. Baxmaq istəyirsən?"
Qız yaşla dolmuş tərs baxıslarını oğlana yağdıraraq
"İstəmirəm! Lazım deyil!":dedi
Oğlan işığı söndürüb yatagına girdi. Qız isə yata bilmirdi. Yuxusu qaçmışdır. Bir zamanlar özü yoldaşına həmin qız kimi davranmışdır. Onu daima sevəcəyini və nə olursa olsun həmişə dəstəkləyəcəyini və'd etmişdir. Verdiyi və'dləri nə tez unutmuşdur, nə tez dəyişmisdir. O günlərə qayıtmaq, sevgisini yenidən geri qazanmaq istəyərdi. Təkrar ağlamağa başladı. Sonra gözü yoldaşının döş gibində olan şəkilə sataşdı. Maraqdan və qısqanclıqdan şəkilə baxmaq istəyirdi. Yavaşca əyilib şəkili pijamanın döş cibindən çıxartdı.
Baxdı.....
Doyunca ağlamaq istədi.....
Doyunca gülmək istədi.....
Çox gözəl çəkilmiş 1 şəkil idi. Qız da çox gözəl idi.
Öz şəkili idi. Özünün xəbəri olmadan çəkilmiş 1 şəkil.
Qız sevincək halda əyilib sakitcə yoldaşının yanağından öpdü.
Oğlan dodaqaltı gülümsədi. Lakin özünü yatmış kimi göstərdi.....
Çirkin qız:
Körpə qız özünü tanıdığı gündən anasından böyük bir qayğı görmüş və anasından həmişə ''Mənim balam dünyada ən gözəl qızdır, gözləri badam gözlüm pambıq üzlüm'' kimi sözlər eşidər və bunların doğru olduğuna inanardı.
Körpə qız məktəb yaşına çatdıqda isə hər şey tam dəyişir. Ətrafda hamı onu çirkin adlandırır, heç kim onunla dostluq etmək istəməzdi. Qız ilk günlərdə onların sözünü ciddi qəbul etməyib anasının sözlərinin doğru olduğuna inanasada 1 neçə il sonra həqiqətlə qarşılaşır. Anasının pambığa oxşatdığı üzü çopur və ləkəli, dəniz dalğasına oxşatdıgı saçları süpürgə kimi cod, burnu yöndəmsiz şəkildə böyük və əyri, badama oxşatdığı gözlər isə çəp idi. Demeli anası onu illərcə aldadıb, çəkinmədən yalan demişdir. Gənc qız evlənmək yaşına çatsada üzünə baxan yox idi. Bundan başqa gözləri düzəlmir əksinə həkimlərin dediyinə görə qısa bir zamanda kor ola bilərdi.
Anasının illərcə yalan danışdığını düşünən qızın anaya olan sevgisi qısa zamanda nifrətə çevrilir. Anası ilə bir evdə yaşamaq istəməyən qız evdən ayrılmaq qərarına gəlir. Bundan xəbər tutan ana qızına başqa şəhərdə iş tapdığını deyib basqa şəhərə köçür və qazandığı pulları rəfiqəsinə göndərərək qızına baxmağı xahiş edir. Bir müddət sonra qızın gözləri tamailə tutularaq qaranlıqlara qərq olur. Buna baxmayaraq qız yalançı anası ilə nəinki görüşmək onun haqqında düşünmək belə istəmirdi.
Günlərin birində həkimlər ona gözlərinə uyğun donor tapdıqlarını, əməliyyat olunduqdan sonra görə biləcəyi xəbərini verirlər. Çirkin üzünü görmək istəməsədə heç kimdən asılı olmayacağını düşünən qız əməliyyat olmağına razılıq verir.
Əməliyyatdan sonra güzgüyə baxan qız güzgüdə dünya gözəli 1 qız görür. Üzündəki ləkələr və çopurlar tamamilə yoxa çıxmış, burnu kiçilmiş, saçları dəniz kimi dalğalı, gözləri isə tam düzəlmişdir.
Qız üzünü həkimə tutaraq deyir: "Sanki dünyaya yenidən gəlmişəm. Yoxsa üzümdə də plastik əməliyyat etmisiniz? "
Həkim gülülmsəyərək cavab verir:
"Xeyr hec bir plastik əməliyyat etməmişik. Sadəcə ananız öz gözlərini sizə bağışladı"
Ata və oğul:
Bir gənc ali məktəbi qurtarmağa hazırlaşırdı. Neçə aydır ki, bir gözəl maşın xoşlayırdı. Bilirdi ki, atasının pulu çatacaq ona görə də atasına o maşını göstərdi, maşından həddən çox xoşu gəldiyini dedi.
Məktəbi qurtarmaq vaxtı gəldi. Gənc məzun hiss edirdi ki atası maşını artıq alıb. Atası oğlanı otağına çağırdı.
Atası oğluna onunla necə fəxr etdiyini və onu çox istədiyini söylədi, və ona gözəl bükülmüş bir hədiyyə verdi.
Oğlan məyus şəkildə qutunu açdı və içində dəridən olan bir Quran tapdı.
Quranı atasının üstünə atıb söylədi: Bu qədər pulun ola-ola mənə Quran alırsan? Oğlan qapını çırpıb evdən getdi.
Neçə il keçdi, və bu cavan oğlan həyatını müvəffəqiyyətlə yaşadı. Geniş evi, gözəl ailəsi var idi. Bilirdi ki, atası qocalır və ona baş çəkməyə hazırlaşırdı. Lakin, hazırlaşan vaxtı telefonuna zəng gəldi ki, atası vəfat edib və bütün var-dövlətini buna qoyub. Bu artıq neçə ildi ki, ata evinə getməmişdi. Lakin indi getməli idi. Evə çatanda, oğlan peşmançılıq və qəmginlik hissləri keçirdi.
Atasının masasının üstündəki kağızların arasını axtaran zaman həmin Quranı tapdı. Necə atmışdı, elə də qalmışdı. Açmağa qərar verdi. Və vərəqləyib qurtarandan sonra gördü ki, Quranın arxasına bir məktub yapışdırılıb. Məktubu açdı. 6 il bundan əvvəl istədiyi maşının açarını gördü. Sənətlərin üstündə yazılmışdı ki, pulun hamısı ödənilib.
Aldanılmış məhəbbət:
Məhəbbət! Bu sözü dilə gətirərkən insanın ürək telləri tarım çəkilərək rəqslənib elə səslənir ki,insanın ruhunu bədənindən alıb uçurur.Bəli,məhəbbət gözəl hissdir onu anlayanlara,duyanlara,yaşayanlara!Lakin bəzi insanlar var ki,məhəbbətin nə olduğunu anlamayıb onu çeynəyib ayaqlar altına atırlar.Mənim çeynənilib atılmış məhəbbətim kimi! Məhəbbət elə bir güclü hissdir ki,onun qarşısında hamı acizdir.O gələndə insandan soruşmur olar ya olmaz.O gəlir!İnsanın qəlbinə ,ürəyinə ,ağlına hakim kəsilir.Sanki səni əsir götürür və sən ona tabe olub etdiklərinə hesab verməyi belə yadından çıxardırsan.Məhəbbət gələndə özü ilə birgə ayrılmaz dostunu- ehtirası gətirir.O da gəlincə insanın ağlı,düşüncəsi tamam əldən gedir.Belə ki bir də görürsən ki,ehtirasın dalğaları qoynunda çırpınırsan.Ehtirasın dalğalarının səni hansı sahilə atacağının belə fərqinə varmadan özünü onun qoynuna atırsan.Bu vəhşi ehtiras dalğalarınınsa sənin həyatını necə baltaladığını duya bilmirsən.
Gecə saat birdir.Yuxum qaçıb.Yata bilmirəm.Yerimdən qalxıb pəncərənin önünə yaxınlaşdım.Pəncərənin önündə dayanıb gecənin qaranlığında bərq vuran şəhərin sayrışan işıqlarına baxmağa başladım.Gecə şəhərdə necə də çox işıq yanır ilahi!Sanki gecələr ulduzlar göydən yerə enib hər bir evin üstündə işıq saçır.Görəsən,bu işıqlardan hansı onun evinin işığıdır????? Bu rəngarəng ulduzlar kimi görünən şəhərin sayrışan işıqlarına baxdıqca ürəyim sıxılır və həyəcanla döyünürdü. Qəlbimi sıxan bu hiss neçə gündən bəri qəlbimi parçalamış aldanılmış məhəbbətimin göynərtisi idi.Mən özümə bir şeyi bağışlaya bilmirdim- yanılmağımı! Mən ilk dəfə idi ki,ürəyimin səsinin mənim ağlıma xəyanətiylə qarşılaşmışdım.Özümdən artıq güvəndiyim altıncı hiss deyilən intuisiyamın mənim həyatımı baltaladığının şahidi olmuşdum.Gözümdə və qəlbimdə ucaltdığım insanın mələk donunda şeytan olduğunun şahidi olmuşdum. Mən aldanmışdım hisslərimə!Bəlkə də mən onları aldatmışdım?Onun mənə qarşı olan hisslərinin yalan olduğunu anlasam da özümü aldatmışdım?!Özümü onun məni sevdiyinə inandırmışdım,bəlkə də! Gözümdən yaşlar axdıqca bu mənə daha çox əzab verirdi.Və mən yalançı məhəbbət tarixçəmi xatırlamağa başladım.
Bir gün iş yerimdə idim.Otağımdan çıxıb qonşu otaqlardan birinə iş yoldaşlarımın yanına keçdim.Əlimdə olan qovluqların ağırlığından müvazinətimi itirib qovluqları stolun üstünə dağıtdım.Elə bu zaman telefonum zəng çaldı.Qovluqları səliqəyə salaraq telefonu açdım.Kaş ki,həmin gün dəstəyi qaldırmayaydım.!!!
Elə hər şey o andan başladı:
_____ Alo.
_____ Alo,salam,Ramini olar?
_____ Kimi?
_____ Ramini.
_____ Bağışlayın,amma siz səhv düşmüsünüz.
Telefonu söndürdüm.Telefon bir daha zəng çaldı.Telefonu açınca:
_____ Alo,alo!Bağışlayın xanım bu Raminin nömrəsi olmalıdır axı.
_____ Xeyr,siz səhv düşmüsünüz.bağışlayın,siz hansı nömrəyə zəng edirsiniz?
_____ Mən bu nömrəyə 0000000 zəng edirəm.
_____ Bəli,bu həmin nömrədir,ancaq heç bir Ramin yoxdur.Yəqin ki ,siz cin kart nömrəsi ilə səhv salmısınız!
_____ AAAAAA ,bəlkə də siz düz deyirsiniz!Sag olun.
Telefonu söndürüb, ayrı sənədləri götürüb pilləkənlərlə aşağı mərtəbəyə enirdim ki, bir daha zəng gəldi. Baxdım ki, həmin nömrədir. Sual yarandı : Görəsən, indi nə oldu? Telefonu açdığımda yenə həmin səs:
_____ Bağışlayın, xanım, bəlkə də bu taleyin işidir.Sizinlə tanış olmaq olar?
_____ Xeyr,olmaz.
_____ Xanım,deyəsən iclasdasınız,yaman səs-küy gəlir.Dövlət işində işləyirsiniz?
Telefondakı suallara cavab vermədən telefonu söndürdüm.
Amma telefondakı səs qəlbimi elə oxşamışdı ki, sanki uzun illər gözlədiyim bir insanı tapar kimi olmuşdum. İş saatının necə başa çatdığını bilmədim. Mənim diqqətim telefonda qalmışdı. Amma yenə də özümü toparlamağa çalışırdım. Lakin qəlbimin dərinliyindən bir səs o yenə zəng edəcək deyirdi. İlk dəfə idi ki, telefonuma səhvən düşüb, belə bir bağlantı yaratmağa çalışan birinə rastlamışdım. Hərçənd ki, ev telefonunda belə hallar tez-tez baş verirdi. Amma mobil telefon bir qədər ayrı təəssürat idi. İlk öncə düşündüm ki, yəqin məni tanıyan bir insandır. Sonra fikirləşdim ki, bəlkə doğrudan da səhv düşüblər, amma get-gedə şübhələrim artırdı. İşdən çıxıb evə gəldim. Həyətə yenicə daxil olmuşdum ki, gördüm zəng gəlir. Baxdım ki, həmin nömrədir. Həyəcanım artmağa başladı. telefonu açdım:
_____ Xanım, siz allah adboy verməyin. Bu taleyin işidir. Səsiniz çox xoşuma gəldi. Nə olar bir qədər dinləyin.
_____ Mən sizdən xahiş edirəm, zəng etməyin. Mən ailəliyəm.
_____ Nə olsun, xanım? Biz pis bir şey etmirik ki? Sadəcə danışırıq. Çox xahiş edirəm, istəmirəm bu bağlantı itsin. Bax təsadüfən ayrı birisinə zəng edirdim, sizə düşdüm. Bəlkə bu taleyin işidir.
_____ Dedim axı tale heç bir rol oynaya bilməz. Mən ailəliyəm və mənim yoldaşım çox qısqancdır. Sizdən artıq dərəcədə xahiş edirəm bu nömrəni unudun. Onsuz da çətin olan həyatımı bir qədər də siz çətinləşdirməyin.
Telefonu söndürdüm. Bir neçə dəfə dalbadal zəng çaldı, amma açmadım. Bütün bədənim titrəyirdi. Öz-özümə sual verirdim:”Axı bu kimdir? Bəlkə yoldaşım məni yoxlamaq istəyir? Ya da tanışlarımızdan kimsə mənimlə zarafat etmək istəyir?” Heç nə bilmirdim! Bircə onu bilirdim ki, mən o telefondakı səsi hardasa eşitmişəm, hardasa duymuşam və bu səs mənim ürək tellərimi çox titrədir. Səbəbini bilmirdim. Səbəbini bilmədiyim bu duyğular qəlbimdə təlatüm oyatdığına görə xəcalət də çəkirdim. Çünki mən başa düşürdüm ki, mənim keçirdiyim bu hisslər əslində mənə-ailəli bir qadına yaraşmır. Evə daxil olub kompyuterin önünə keçdim. Veb mesajla ona hədələyici-yəni məni rahat buraxın, zəng etməyin əks təqdirdə yoldaşımla danışmalı olacaqsınız” məzmununda mesaj göndərdim və ona izah etdim ki, mən ailəli bir qadınam, məni narahat etməsin. Bir az keçmişdi ki, mesaj gəldi:”Siz ailəli qadına oxşamırsınız. Səsinizdən BDU tələbəsinin iysi gəlir.”
"Yenə də aldanmışlar səsimə"deyə mən öz-özlüyümdə gülümsədim. Çünki hər evə zəng gəldiyində dəstəyi qaldırdığımda hamı məni bir uşaq zənn edər və evdən bir böyük kəsi telefona dəvət etməmi rica edərdilər. Mənsə hərdən tanış insanlar olanda onlar deyən kimi edər, bəzi vaxtlarsa xoşuma gəlməyən şəxs olduğunda-“papa, mama evdə yoxdur”- deyib dəstəyi yerinə asar və öz-özümə deyinərdim ki, axı mən özüm mama-papayam, nəyə görə mənim səsimi uşaq səsinə bənzədirlər. Mən ona bir daha mən həqiqəti söylədiyimi yəni ailəli olduğumu yazdığımda birdən bu nömrədən telefonuma mesaj gəldi ki, ”xanım, bir azdan zəng edəcəm, indi məşğulam.Çox xahiş edirəm zəng etdiyimdə telefonu söndürməyin. Cavab verin və mən sizə bir kəlmə söz deyəcəm.” Bir neçə saat zəng gəlmədi. Dediyi vaxtda zəng etdi. Telefonu açdığımda:
_______ Çox sağ olun ki, hörmət edib zəngimə cavab verdiniz.
_______ Axı mən sizə izah etdim ki, mən ailəliyəm. Məni rahat buraxın. Bu nömrəyə zəng etməyin.
______ Xanım, yaxşı tutalım ki, siz ailəlisiniz, biz pis bir şey etmirik ki, sadəcə söhbət edirik. Səsiniz çox xoşuma gəldi. İstəmədim bu tanışlıq elə-belə də itsin. Bəlkə bu taleyin işidir ki, məni səhvən sizin nömrəyə yığmağa vadar etdi. Mən öz sürücümə zəng edirdim, nəsə fikirli olmuşam, heç bilmirəm necə olub ki, bu nömrəni yığmışam.
______ Axı mən sizdən soruşduğumda hansı nömrəyə yığırsınız siz mənim nömrəmi düz dediniz.
______Həqiqətən deyirəm, mən sizə yığmırdım. Heç necə olub ki, bu nömrəni yığmışam heç özüm də bilmirəm. Görünür, fikirli olmuşam. Siz məndən hansı nömrəyə yığdığımı soruşanda mən telefonu uzaqlaşdırıb baxdım və yığdığım nömrəni dedim. Həqiqətən vallah bilmirəm necə olub ki, sizə düşmüşəm. Heç mənim sürücümün nömrəsiylə heç uyğunluq da yoxmuş. Vallah bu taleyin işidir. Görünür, qismət belə imiş. Səhvən sizə düşdüm və səsiniz çox xoşuma gəldi. İstəmirəm bu bağlantı boşuna itsin.
______Siz nə danışırsınız, axı mən dedim ki, ailəliyəm.
______ Nə olar ailəli olanda? Biz pis bir şey etmirik ki? Sadəcə söhbət edirik. Xahiş edirəm mənə bunu çox görməyin.
______Mən sizə dedim axı baş tutan sevda deyil. Mən ailəliyəm və sizinlə danışmaq istəmirəm. Konturlarınızı boşuna sərf etməyin. Nəfəsinizi boşuna tükətməyin.
______Kontur nədir? Siz narahat olmayın konturlara görə. Mən azercelə abunəyəm. İstədiyiniz qədər danışın. Bu dəqiqə sizə də kontur alıb yükləyəcəm.
______Yox ,yox xahiş edirəm artıq dərəcədə. Yoldaşım mənim telefonumu tez tez yoxlayır. Kontur-zad lazım deyil.
______ Axı mən necə sizə nəyisə hədiyyə edə bilərəm. Mən bunu çox istəyirəm.
______Xahiş edirəm, kifayətdir. yetərincə danışdıq. Sadəcə qarşımdakına hörmətdən irəli gələrək telefonu söndürmədim. Kifayətdir, söhbəti burda bitirsək yaxşıdır.
______Yaxşı, amma heç olmasa icazə verin həftədə bir dəfə zəng edim, danışaq.
______ Yox, əsla olmaz. Sag olun.
______ Xahiş edirəm, heç olmasa bir dəfə.
______Dedim ki, olmaz.
______ Yox, onsuzda zəng edəcəm. Çox sağ olun ki, məni dinlədiniz. Zəngimi gözləyin mən yenə də zəng edəcəm. Sağ olun.
______Yox lazım deyil...............
Dəstəyi asdı...
Mənsə yerimdə dikilib qalmışdım. Nə edəcəyimi bilmirdim. Əlim–ayağım işdən soyumuşdu. İlk dəfə idi ki ,mobil telefonda bu qədər danışmaq mümkün olduğunu görmüşdüm. Yəni necə deyərlər mən bunu özümə heç vaxt istəsəm də ruslar demişkən"pazvolit" edə bilməzdim. Çünki bu həddindən artıq olardı mənim üçün yəni bağlı səbəblərimizə görə.
Bir həftə zəng gəlmədi.Ancaq mən səksəkədə idim.Hərçənd o mənə söz vermişdi ki,məni yerli-yersiz narahat etməyəcək.Amma mən yenə də qorxurdum.Düşünürdüm ki,birdən o bivaxt zəng etsə mən nə edəcəm?Mən yoldaşıma nə deyəcəm?Mən bu fikirlərdə ikən günlər bir-birini əvəz edirdi.Bir gün işdən çıxdığımda gördüm ki,zəng gəlir.Telefonum səssizdə olsa da onun vibrasiyasını hiss edirdim.Telefonu açmadım.Evə gəldim.Bir neçə müddət sonra yenə zəng gəlməyə başladı.Telefonu açdım ki,deyəm axı mən sizə demişdim ki,məni aramayın.Bu zaman səs:
______ Xanım,bağışlayın sizi narahat edirəm.Mən söz verdiyim kimi zəng etdim.İnandırım sizi səsinizə o qədər valeh olmuşam ki,rahatlığım yoxdur.Belə məlahətli səsi eşitmədən yaşamaq çətindir.
______ Xahiş edirəm,artıq dərəcədə bu nömrəni unudun.
______ Yox Xanım,sizdən bir xahiş etsəm?
______ Hansı xahiş? Bayaqdan mən sizdən xahiş edirəm,amma siz heç əhəmiyyət də vermirsiniz.
______ Xanım,sadəcə olaraq belə səsin sahibinin şəklini necə mümkünmü görmək?
______ Nə? Siz nə danışırsınız? Mən sizə mənə zəng etməyin deyirəm,amma siz hələ bu azmış kimi mənim şəklimi görmək istəyirsiniz.
______ Nə olar artıq dərəcədə xahiş edirəm.
______ Dedim ki,olmaz.
______ Axı sizin nəyinizə lazımdır mənim şəklimi görmək?Birdəki görmədiyiniz tanımadığınız insanla ünsiyyət qurmaqda niyə bu qədər israrlısınız? Demirsiniz,bəlkə danışdığınız insan həddindən artıq çirkindir və ya siz onu görsəniz utanc hissi keçirə bilərsiniz bu günə kimi onunla danışdığınıza görə.
______ Yox,əsla.Mən bilirəm ki,siz çox gözəl xanımsınız.Səsiniz də özünüz qədər gözəldir.
______ Demək ,onda siz məni tanıyırsınız?
______ Yox,sadəcə belə düşünürəm.
______ Məgər hər düşündüyümüz biz deyən kimi olur?
______ Yox bunu bilməyə nə var? Əgər yoldaşınız qısqancdırsa demək siz gözəlsiniz deyə sizi qısqanır.
______ Xahiş edirəm,mülahizələrlə danışmayasınız.Sağ olun.
______ Xanım,xanım,xahiş edirəm adboy verməyin.Sizdən artıq dərəcədə xahiş edirəm şəklinizi mənə göndərin. Çox isrardan sonra belə bir fikir təklif etdim.
_______Gəlin,belə edək.Əvvəlcə siz mənə öz şəklinizi mənim “mail”ime göndərin.Əgər siz mənim xoşuma gəlsəniz,mən sizinlə söhbətə davam edərəm.
______ Axı mənim şəklim yoxdur?Birdə ki mən böyük vəzifə sahibiyəm.Mənə yaraşmaz ki,şəklimi internet vasitəsilə harasa göndərim.
______ Yox ,əsla olmaz.Ya sizin şəklinizi görməliyəm,ya da xudahafiz.
______ Yaxşı-yaxşı adboy verməyin.Mən çalışaram bir şey fikirləşim. Vallah mən internetlə o qədər də yaxşı bacarmıram.Ancaq ofisimdəki qızlardan xahiş edərəm ki,mənim üçün bu işi təşkil etsinlər.Siz də baxarsınız,bəlkə sizin xoşunuza gəldim! Mən bu təklifi ona görə etmişdim ki,mənim özüm üçün də maraqlı idi.Kimdir bu şəxs? Və mənimlə uzun-uzadı danışmağa can atan şəxsin kim olduğunu bilmək mənim də haqqım idi.Birdə ki mən də get- gedə onun səsinə ,onun danışıq tərzinə bağlanmışdım.Mən hiss edirdim ki,mən bu insana qeyri-ixtiyari bağlanıram.O mənə o dediyi kimi zəng edib səhvən düşdüyü andan telefon mənim ayrılmaz dostuma çevrilmişdi.Mən onu öz yanımdan ayırmır və hər dəqiqə diqqətimdə saxlayırdım.Qəlbimdə,ürəyimdə isə fırtınalar baş qaldırmışdı. Səbəbini isə bilmirdim.Bircə onu bilirdim ki,mən artıq düzgün düşünmək qabiliyyətimi itirirəm.Əvvəlcə mənim amalıma çevrilən ideyalar mənim üçün get-gedə öz marağını itirirdi.
Poçt ünvanımı elə həmin gün həmin danışıqda vermişdim.Axşam poçtanı yoxlayanda gördüm ki,məktub gəlib.Açdığımda o yazırdı:
______Axşamın xeyir, bəxtəvər xanım! Şəkilə baxandan sonra əgər məni bəyənməsən utanma de. Nə qədər qoca olsam da vallah çox cavana dəyərəm. Nə isə evdəyəm. Sabah işdən şəklimi göndərəcəm. Gecən xeyrə qalsın, yuxun şirin olsun. Öpürəm icazənizlə, sabaha kimi.
Mən elə gərək o zaman onun əsl niyyətini anlayaydım. Düzü bir qədər məni ürpətmişdi mənə onun bəxtəvər xanım deməsi. Ancaq ?.......nə isə. Sabahı gün telefonuma zəng gəldi. Bu o idi. Açdığımda:
______ Salam, xanım. Şəklim ünvanınızdadır. Buyurub baxa bilərsiniz. Amma məni görəndə çox da qorxmayın. Nə qədər qocalsam da hələ cavan ürəyim var.
______ Niyə özünüzü qoca hesab edirsiniz?
______ Çünki sizin yanınızda mən qocayam.
______ Anlamadım!?
______ Mənim 40 yaşım var.
Düzü, onun bu qədər yaşa sahib olması ağlıma belə gəlməzdi. Amma yenə də bu belə idi. O məndən düz 13 yaş böyük idi.
______ 40 yaş o qədər də qoca olmaq anlamını vermir axı?
______ Keçirdiyim bəzi xəstəliklərlə əlaqədar saçlarım bir az vaxtsız ağarmış.
______ Olsun, mən yenə də sizin şəklinizi görmək istəyirəm.
______ Elə isə buyurub baxın.
______ Amma sizə bir söz deyəcəm: Əgər şəkliniz xoşuma gəlməsə, mən sizə bunu bir baş söyləyəcəm.
______ Siz baxmayın ağarmış saçlarıma .Bilirəm ki,azca da olsa xoşunuza gələcəm.
______ Yaxşı,şəklinizə baxım,fikrimi söyləyərəm.
______ Oldu,mən axşam üstü zəng vuracam.
Telefon danışığını bitirib kompyuterin önünə keçdim. Telefon internetə yenicə bağlanırdı ki,işıqlarımız söndü. Bütün əsəblərim oynadı bir anlığa. Oysa mən onu bir neçə saniyədən sonra görə biləcəyim halda görə bilməmiş və bir neçə saat gözləməli olacaqdım.Əsəblərim lap gərginləşdi.Böyük intizar və həyəcanla işıqların yanmasını gözləyirdim.Otaqda o yan –bu yana var-gəl edir,bir yerdə qərar tuta bilmirdim.İşıqlarsa yanmaq bilmirdi.Ürəyim get-gedə sıxlaşır və mən onu görmək təlaşımın niyə bu qədər çox olduğunu özümə belə izah edə bilmirdim.Elə mən bu fikirlərdəykən işıqlar yandı.Tez özümü kompyuterin önünə atdım.Həyəcandan parolu bir neçə dəfə düzgün daxil edə bilmədim.Nəhayət,poçtam açıldı.İki şəkil göndərmişdi.Birinci şəkli yüklədiyimdə öz-özümə dedim.İlahi bu nədir? Necə də yaşlıdır! Çünki şəkildə o başı aşağı durmuş siması tam görünmürdü.İkinci şəkli yüklədiyimdə gözlərimə inanmadım.Bu o idi !
Kamil !!! Beş il bundan əvvəl ,yəni işə düzəldiyim ilk gün qarşılaşdığım,qəlbimi baxışlarıyla oxlamış ,odlu-alovlu nitqi olan Kamil!Gördüyüm ilk andan qəlbimə sınayıcı nəzərləriylə daxil olmuş və ürəyimin dərinliklərinə məhəbbət toxumu səpmiş Kamil!Mən onu görən ilk anda ,yəni baxışlarımız qarşılaşdığı an qəlbimdə nə isə qəribə hisslərin baş qaldırdığını hiss etmişdim.Çünki mən o günə kimi hələ heç kəsi əsl məhəbbətlə sevməmişdim.Düzdür,uşaqlıqdan sevdiyim insanlar çox olmuşdu.Buna əgər sevgi demək olardısa?!Mənim üçün sevgi dəyişkənlik idi.Yəni birinə aşiq olar,ona qəlbimdə hisslər oyadar və sonra o hissləri ayrı hisslər əvəz edərdi.Və heç kəs mənim bu sevgimdən xəbər tutmazdı,yəni sevdiyim şəxslər.Həmişə məhəbbətim cavabsız məhəbbət olardı.Məni sevənsə çox olsa da mən onları sevməzdim.Mən həmişə mümkünsüzləri sevərdim.Ya özümdən yaşca böyük olan,ya da elə bir insanları sevərdim ki,mənim ailəm heç vaxt bu evliliyə razılıq verməzdi.Bundan başqa mən sadəcə insanları özümə aşiq etməyi sevərdim.Həmişə diqqət mərkəzində olmaq xoşuma gələrdi.Mən özüm də həmişə anlayırdım ki,bu əsl məhəbbət deyil.Hərdən özümə sual verərdim nədir görəsən əsl məhəbbət?Ailə quranda da məhəbbətlə qurmamışdım ailəmi. Atamın və anamın razılığı ilə gəlin köçmüşdüm.Və nişanlı olduğum an belə bir sual məni narahat edirdi.Yəni mən heç zaman əsl məhəbbətin nə olduğunu anlamayacam?Sonra öz-özümə təskinlik verirdim ki,hamı sevgiylə evlənmir ki!Böyüklərimiz demişkən Ailə qurulandan sonra əsl sevgi yaranır.Mən də buna ümid edərək ailəmi qurmuşdum.Amma hərdən məni düşündürən bəzi məqamlar da olurdu.Öz-özümə deyirdim:”Bəs birdən əsl məhəbbət mən gözləmədiyim an qəlb qapılarımı döyərsə ,bəs onda mən nə edərəm? . İlk öncələr yoldaşımı sevməsəm də ondan xoşum gəldiyi üçün ürəyimdə məhəbbətə oxşar bir hiss oyatmışdım.Bu daha doğrusu bir qayğı,bir adət etmək kimi hiss idi.Onun tərəfindən nə qədər məhəbbətlə əhatə olunsam da hey özümü tənha hiss edirdim.Ürəyimdə isə daima bir boşluq,bir tənhalıq hökm sürürdü.Kənardan baxılarsa hər şeyim olsa da mən yalnız və tənha idim.Əsl məhəbbət hissini hələ mən ömrümdə dadmamışdım.Ona görə ürəyim həmişə sakitlik və boşluq içində idi.Lakin mən bu hissləri heç zaman biruzə verməzdim.Bacardıqca qayğıkeş,məlahətli,mehriban həyat yoldaşı olmağa çalışardım.Yoldaşımın isə günü-gündən artan qısqanclıq dolu məhəbbəti mənim həyatımı daha dözülməz vəziyyətə gətirib çıxarırdı.Get-gedə artan qısqanclıq hissləri məni boğmağa başlayırdı.Bütün azadlıqlarım əlimdən alınmışdı.Yenə də mən hardasa onu başa düşməyə çalışırdım .Lakin bu get-gedə dözülməz bir hal alırdı.Hər kəsə hər şeyə qısqanırdı.Bəziləri bəlkə də özünü xoşbəxt hiss edərdi bu qısqanclıq altında.Mən isə özümün cılızlaşdığımı hiss edirdim.Mənim şəxsiyyətim tapdalanırdı və o anlamırdı ki,bu hərəkətləri ilə mənim gözümdən düşür.Və nəhayət,artan qısqanclıq hissləri onda mənə qarşı heç bir nəvazişli sözlər buraxmadı,qayğı buraxmadı.Bütün günü sorğu-suallarla məni həyatımdan usanmağa vadar etdi.Bir sözlə az-çox oyatdığım məhəbbət hisslərimi təmiz alt –üst edib,qəlbimdə olan bu boşluğu daha da dərinləşdirdi.Neçə dəfə ayrılmaq istədim,məni ölümlə hədələdi.Və mən ayrılmaq fikrindən bir də ona görə vaz keçirdim ki,uşağım vardı və mən yenə də ümid edirdim ki,nə vaxtsa düzələcək.Bir sözlə uşağım xatirinə yaşamağa davam edirdim.Nəhayət,uzun-uzadı mübahisələrdən sonra mən işləmək qərarına gəldim.Əvvəlcə narazı olsa da axırda razılıq verdi.
Birinci iş günüm idi. Həyəcanla kompyuterin arxasında oturub yazı yazırdım. Birdən o gəldi,yəni Kamil !.İş yoldaşım onu görcək sevincindən tez yerindən durub onun boynuna sarılıb onu öpdü. Onlar bir-biriylə hal-əhval tutub oturub söhbət etməyə başladılar.Mənsə başı aşağı yazı yazırdım. Birdən o:
_______Bizi tanış etməyəcəksənmi?-deyə qohumuna səsləndi.
Bu an mən başımı qaldırıb onun üzünə baxdım.Onun nəzərləri mənim gözlərimə elə zillənmişdi ki,sanki gözləri ilə qəlbimi oxumaq istəyirdi.Mən özümü narahat hiss etməyə başladım.Onun baxışlarına tab gətirməyib gözlərimi ondan yayındırdım.Elə bu zaman iş yoldaşım:
_______AAAAA doğru deyirsən.Yadımdan çıxdı sizi bir-birinizlə tanış etmək.Tanış ol bu mənim qohumum Kamil bəy,bu da yeni işcimiz..........
“Çox yaxşı”- deyib əlini mənə uzatdı.Onun əlini sıxdığımda sanki bədənimdən bir cərəyan keçdi.Onun o qədər mənalı və dərin baxışları var idi ki,baxanda insan qeyb olurdu o baxışlarda.Elə bu an iş yoldaşımı müdir yanına çağırdı.O “bu dəqiqə gəlirəm”deyib otaqdan çıxdı.Biz otaqda tək qaldıq.Mən onun üzünə baxmasam da onun mənə zillənmiş baxışlarını hiss edirdim.Əlim dolaşırdı,yazını çap edə bilmirdim.Bu an o sözə başladı.
_______ Çoxdan işləyirsiniz,xanım?
_______ Xeyr,birinci gündür ki,işə çıxıram.
_______ Çox yaxşı.Mən həmişə qadınların işləmək fikrini dəstəkləmişəm.Çünki qadınlar həmin vaxt daha sərbəst,daha müstəqil olurlar.Bir də işləyən qadın özünə baxır.
_______Bəli,elədir ki,var.Mən də böyük həvəslə düzəlmişəm bu işə.
_______Xanım,bağışlayın ailəlisiniz?
_______ Bəli.
_______Bəs,nə əcəb yoldaşınız icazə verdi sizin işləməyinizə?
_______Necə yəni?Anlamadım sizi.
_______Adətən gözəl xanımları olan kişilər qadınlarının işləməsinə razı olmurlar.
_______Burda heç bir qəbahətli iş yoxdur.İcazənizlə mən bəzi suallarınızı cavablandırmayacam.
Elə bu əsnada iş yoldaşım qayıtdı.Onlar yenə də söhbətlərinə davam etdilər.Belə məlum oldu ki,o bura təsadüfən gəlib.Yəni buralara heç gələn deyilmiş. İşimizin yaxınlığındakı bir yerə baş çəkməyə gəlmiş,gedərkən isə uzaq qohumları olan iş yoldaşımla görüşmək qərarına gəlmişdi.Onlar bir xeyli söhbət etdilər.Lakin bütün söhbət zamanı onun mənə zillənən baxışları mənim ruhumu sarsıdırdı.Belə atəşli,odlu baxışlara sakitcə baxmaq mümkün deyildi.İnsanın bütün hisslərini riqqətə gətirirdi.O çox yaraşıqlı insan idi.Boyu hardasa 185-190 olan bu şəxsin idmançılara məxsus bədən quruluşu var idi.Nə isə bir sözlə mənə nə isə olmuşdu.Elə bu zaman bizim müdir içəri daxil oldu.Tez ayağa qalxdım.Onlarsa bir-biriylə çox mehriban görüşdülər.Sən demə o da bizim müdirlə yaxın dost imiş.Hal-əhval tutduqdan sonra o bizim müdirə dedi:
_______ Bu xanım görürəm ki,təzə işçidir və bir qədər həyəcanlıdır.Onun xatirinə dəyməyin.
_______Xatirinə dəymək niyə?Amma hələ işi tam əmrləşməyib.Yaxşı işləməlidir ki,əmri verilsin.
_______ Bilmirəm,birdən işdən-zaddan çıxardarsınız haaaaa!Bax onun işə düzəlmək,yəni əmri verilmək qonaqlığı məndən.Sən bu işi düz qoş hər necə istəsən bir qonaqlıq verəcəm.
_______ Oldu.Mənə də elə bu lazım idi.
-----müdir cavab verdi. Mənsə öz-özümə deyirdim.Görəsən,bu kimdir axı?Niyə bu qədər tanımadığı bir insan üçün canfəşanlıq edir.Nə isə o çıxıb getdi.Getməmişdən əvvəl:
______ Yaxşı,xanım.Çox şad oldum sizinlə tanışmağıma.Əmrin verilməsindənsə arxayın olun.Bu iş artıq sizindir.Sağ olun.
Və əlini bir daha uzatdı.Mən ona əl verdiyimdə o əlimi elə sıxdı ki,bütün bədənimdən bir üşütmə keçdi.O getdi.Qəlbimdə min bir hiss oyadıb getdi.Ağlıma,düşüncəmə,ürəyimə,qəlbimə,xəyallarıma,hisslərimə hakim kəsilib getdi.Amma o birdəfəlik getdi.Hər işə gəldiyimdə onu nə vaxtsa görə bilmək ümidi közərirdi içimdə.Lakin közərən ümid işartılarım heç vaxt alova çevrilmədi.Hərdən iş yoldaşım mənə:”Qohumumuz hər məni görəndə o qız necədir,məndən salam söylə”deyirdi.Mürgüləyən xəyallarımı onun bu sözləri yenidən oyadırdı.Mən onu ürəyimin lap dərinliklərinə həbs etmişdim.İndisə onun şəklini qarşımda gördükdə gözlərimə inanmadım.Qəlbim yenə fırtınalı dalğalarla çırpınmağa başladı. Bu beş ildə ona olan qadağa qoyulmuş məhəbbətim qəlbimin dərinliklərinə gizlincə kök atmış və cücərmişdi.
Şəklini görən kimi mən ona mesaj yazdım :”Niyə məni bu günə kimi ələ salmısınız Kamil bəy.Bunu niyə başından söyləmədiniz ki bu sizsiniz.Məqsədiniz nədir bu oyunu oynamaqda?”Ondan belə bir mesaj gəldi ki:”Hansı Kamil bəy?Siz nə danışırsınız?Mən Kamil deyiləm.Məni kimlə səhv saldığınızı bilmirəm ,ancaq əmin olun ki, mən siz dediyiniz adam deyiləm.
Nə isə sabahı gün zəng elədi.Telefonu açdığımda:
______Siz allah düzünü deyin,Kamil kimdir?Mən Kamil deyiləm.
_____ Necə yəni Kamil deyiləm?
_____Həqiqi sözümdür ,xanım.Mən Kamil deyiləm.Siz məni kimləsə səhv salırsınız.
_____Necə yəni səhv salıram?Siz Kamilin özüsünüz ki varsınız.Xahiş edirəm,məni ələ salmayın.Bu günə kimi mən sizdən dəfələrlə soruşdum ki,siz kimsiniz.Amma siz mənə səhvən düşdüyünüzü iddia edirdiniz.Belə görünür ki,siz məni bu günə kimi aldatmısınız.
_____Mən sizə həqiqəti deyirəm.Mən Kamilin kim olduğunu bilməsəm də o məni artıq narahat etməyə başlayır.Görürəm ki,o kimdisə sizin qəlbinizdə özünə yer eləyib.
______Siz nə danışırsınız? Mən sadəcə sizi uzun zaman öncə gördüyüm birisinə bənzətdim.Bəlkə də siz düz deyirsiniz.Mən səhv etmişəm.Nə isə.........
______Əlbəttə ki səhv edirsiniz.Amma o kimdirsə mən onu tapacam.Görüm o kimdir ki,sizin kimi xanımın qəlbində özünə yer edib və özü də necə edib onu mənə də öyrətsin.
Uzun mübahisədən sonra mən doğrudan da yanıldığımı güman etməyə başlamışdım.Yəni o elə israrla inkar edirdi ki,mən artıq nə düşünəcəyimi özüm də bilmirdim.Sonradan mən belə fikirləşməyə başladım ki,bəlkə o həqiqətən də haqlıdır.Mən onu Kamilə bənzətmişəm.Nə də olsa aradan beş il vaxt keçmişdir mən onu cəmi bir dəfə görmüşdüm,bəlkə də mən onu doğrudan da Kamilə bənzədirdim.Nəhayət,o məni bu fikirdən daşınmağa vadar etdi.Amma o durmadan mənə suallar verir və nə üçün Kamilin bu qədər qəlbimdə önəmli bir yer tutduğunu öyrənmək istəyirdi.Mən ona Kamilin kim olduğunu və nə üçün onu bu qədər önəmsədiyimi dedim.O isə cavabında Kamil xoşbəxt insandır,onun yerində olmağı çox istərdim dedi.Mənsə bir fikirlə hər şeyi inkar etsəmdə digər tərəfdən onun Kamil ola biləcəyi fikrini də bir an olsun yadımdan çıxartmırdm.Bizim ara –sıra bu telefon danışıqlarımız 3 aya qədər vaxt sürdü.O mənə gəlin sadəcə olaraq bircə gün dost kimi görüşək bir yerdə oturaq söhbət edək dediyində mən artıq oyuna çevirdiyim bu məsələnin get-gedə ciddiləşdiyini hiss etməyə başladım.Mən bilirdim ki, bunu heç vaxt edə bilmərəm.Çünki məni görə bilərlər.Və mən bu işin sonunun gəldiyini anladım.Və nəhayət ona belə bir mesaj yazdım:
_________Çox çək-çevirdən sonra sizə yazmağa qərar verdim.Təsadüfən və ya qeyri təsadüfən düşdünüzmü mənim nömrəmə bunu bilmirəm.Onu bilirəm ki ,sizi tanımağıma həqiqətən sevindim.Fəqət bəzi nüanslar var.Belə ki sabahı günü sizin məndən gözlədiyinizi mən sizə verə bilməyəcəyimi bu başından bir daha xatırlatmaq istəyirəm.Yenə deyirəm kim olduğunuzu dəqiq bilməsəm də yaxşı insan olduğunuzu ,mərd olduğunuzu,böyük ürəyə sahib olduğunuzu ,bir kişi olaraq sözünüzü tutduğunuzu bu bir neçə günlük telefon danışığıyla özüm üçün müəyyənləşdirdim.Və şadam ki,sizin kimi bir insanı tanımışam.Fəqət sizin qəlbinizdən keçən başqa planları mən həyata keçirə bilməyəcəyəm və nə də keçirmək istəyi duymuram.Sizin ayrı şeylərə ehtiyacınız var və mən onları nə vermək iqtidarında ,nə də niyyətində deyiləm.Belə bir vəzifəli şəxs üçün mənə elə gəlir ki,sevgi tapmaq o qədər də müşkül bir iş deyil.Fəqət sizin axtardığınız mən deyiləm.Düzdür mənim elə arzularım var ki, hərdən məni qorxudur,lakin bu yenə də mənim aludə olduğum romantikayla bağlıdır.Mən bu həyatdan deyiləm sanki............Mənim içimdə elə hisslər baş qaldırır ki.................Mən bir növ müasir insanam desəm bəlkə də yanılmaram.Məsələn,mən əyləncələri çox sevirəm.Güclü ritmik musiqinin təsiri altında rəqs etmək ,özümü unutmaq istəyirəm.Qanımda qaynayan adrenalin mənə rahatlıq vermir.Sanki mənim daxilimdə iki insan var.Biri üzüyola, hamını başadüşən ,mülayim,mehriban,səmimi evdar xanım.Digəri isə diskotekanın sayrışan işıqları altında rəqs edən özünü unudan gənc bir qız.Bəlkə bu mənim uşaq vaxtımdan çox şeylərdən məhrum olmamla bağlıdır.Bunu bilmirəm.Onu bilirəm ki,mənim daxilimdəki mən məndən daha güclüdür.
Nə isə başınızı ağrıtmayım odur ki ,deyirəm mən sizin mənlə məhz hansı məqsədlə tanış olmanızı yaxşı bilirəm.No ruslar demişkən”ВЫ НЕ ПО АДРЕСУ»Odur ki sag olun səmimi mehriban insan.Bir daha mənim nömrəmə zəng etməyin.Çünki cavab verməyəcəm.Ümid edirəm ki,məni anlayacaqsınız.Duzunu desəm bu mənim üçün bir qədər çətin olacaq.Inanin men de heyatda menim her istədiyimi yerine yetirmek qabiliyyetine malik insan olmasini arzulamisham.Fəqət bəzi məsələlərə görə bunlardan imtina etmək lazım gəlir.Amma mən yox.Odur ki məni bagishla sənə uğurlar arzu edirəm.Hörmətlə :Naməlum gözəl.
Səhəri işdən çıxıb evə qayıdırdım.Gördüm ki,telefonum durmadan zəng çalır.Marşurutda adam əlindən tərpənmək olmurdu.Və mən əl atıb telefonumu çantamdan çıxarda bilmirdim.Vibrasiyasından hiss edirdim ki,zəng gəlir.Nəhayət ,mən öz dayanacağımızda düşdüm.Telefonsa yol boyu susmamış və hələ də zəng etməkdə davam edirdi.Telefonu açdım:
_____Salam.Niyə telefonu götürmürdünüz?
_____Mən marşrutdaydım.İmkan olmadı cavab verməyə.Birdəki dünən mailnizə göndərdiyim mesajı almamısınız?
_____Almışam.
_____AAAAA demək almısınız!Sadəcə mən elə zənn etdim ki,almamısınız.Bu baxımdan da zənginizə cavab verdim.Yaxşı sag olun.Bizim daha bir –birimizə deməyə sözümüz qalmayıb.Mən sizə dünənki mesajımda hər şeyi açıq aydın bildirmişəm.Sag olun.Və indən belə mənə zəng vurmayın.---------deyib telefonu keçirtdim.Bir xeyli zaman keçdi.Telefonuma mesaj gəldi.Mesaj:
_____Bəli,oxudum dünən yazdığınız mesajı.Ancaq mənim sizə deməli bəzi sözlərim qalıb.Mən sizə həqiqəti söyləməmişəm.Siz doğru tanıdınız.Mən Kamiləm.Beş il öncə sizi gördüyüm ilk andan ürəyimə işıq şüası ilə daxil oldunuz.Əvvəlləri elə bildim ki,subaysınız.Lakin öyrəndiyimdə ki ailəlisiniz,bir az özümü yığışdırdım.Sevgimi gizlətməli oldum.Lakin daha səbrim qalmadı.Beş ildir ki,bu məhəbbət mənə rahatlıq vermir.Yuxularım ərşə çəkilib.Telefonunuzu çox əldə etmək istəsəm də buna nail ola bilmədim.Çünki deyildiyinə görə sizin telefonunuz yox idi.Oğurluqca ev telefonunuzu götürdüm.Ancaq bir neçə dəfələrlə zəng etsəm də siz telefona yaxınlaşmadınız.Və bu ümidim də üzüldü.Eşidəndə ki,siz özünüzə telefon almısınız sizin nömrənizi ələ keçirməyə cəhd göstərdim.Lakin hər dəfəsində uğursuzluqla rastlaşırdım.Çünki sizin adda telefonda bir neçə nömrə var idi.Sizinkinin hansı olduğunu müəyyən edə bilmirdim.Bu səbəbdən qohumumuza-yəni iş yoldaşınıza telefon aldım və başa saldım ki,zənglərə şəkil qoymaq olur.Ümid edirdim ki,o sizin şəklinizi sizin nömrəyə salacaq.Onun özündən çox xahiş etdim ki,nömrəni versin,amma o heç vaxt mənə sizin nömrənizi vermədi.Ev nömrənizi də bloknotdan oğurlamışdım.Nəhayət,bir gün onlarda olanda baxdım ki,telefonu stolun üstündədir.Tez xuliqancasına telefonuna daxil olub adınızda olan bir nömrəyə zəng vurdum.Bu zaman sizin şəklinizi gördüm və bildim ki,bu nömrə sizindir.Sevincimin həddi hüdudu olmadı.Beş ildə qəlbimdə gəzdirdiyim bu məhəbbət nəhayət ki işıq üzünü görmək üzərə idi.Odur ki,bir neçə gün gözləyib sizə zəng vurub bu oyunu oynadım.Açığı mən bilməzdim ki,mən sizin yadınızda qalmışam.Şəklimi görən gün mənə deyəndə ki siz Kamilsiniz,onda hiss etdim ki,siz də mənə qarşı nəsə hisslər duymusunuz ki,məni unutmamısınız.Bəli,mən sizi gördüyüm ilk andan sevmişəm və sevirəm.Sizi gördüyüm andan hər şey dəyişib,mənim bütün rahatlığımı almısınız əlimdən.O qara gözlərinizin bərq vuran parıltısı hələ də qəlbimi deşməkdədir.O gözləri ,o baxışları unuda bilmirəm.Həyatımda çox qadın olub,istədiyim qadınları da əldə etmişəm,lakin heç kəsi bu qədər qəlbimin dərinliklərinə yerləşdirməmişəm.Siz mənim hər şeyimi əlimdən almısınız.O ürkək,alovlu baxışlarınızı unuda bilmirəm.Mən sizsiz yaşaya bilmirəm.Görürəm ki,sizin də qəlbinizdə özümə yer etmişəm.Gəlin,bu iki günlük dünyadan arzularımız gözümüzdə köçüb getməyək.Gəl ,bir-birimizi sevək və gizli və maraqlı həyat sürək.(Ardı var)